yeni xəbərlər

Orta əsr Azərbaycan istehkam tikilisinin şah əsəri Dərbənd qalası

İyun 14th, 2015 | by DAK.AZ
Orta əsr Azərbaycan istehkam tikilisinin şah əsəri Dərbənd qalası
Dərbənd
0

Qədim dövrlərdə Dərbənd şəhərini müdafiə edən qədim qala divarları bugünki günümüzə qədər qorunub saxlanılmaqdadır. Böyük Qafqazın Calqan dağ silsiəsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI-cı əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə dəqqət mərkəzində dayanmışdı.

derbend-qalasiHunların ən qüdrətli dövründə Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə imkan verirdi.\

Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. İnşaat texnikasının yüksək
səviyyəsinə, rəngarəng relyefə uyğun planlaşma-məkan quruluşuna, memarlıq kütlələri, biçimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti və şəhərsalma sənətimizin görkəmli uğuru idi. Dəmirqapı Dərbənd el içində bu adla tanınmağın bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı şəhər olması idi. El yaddaşında, eləcə də səyyahların yol yazılarında Dərbənd Dədə Qorqudun basdırıldığı müqəddəs yer kimi də anılır.

Dərbənd təpəsinin şimal-şərq hissəsində tikilmiş bu istehkamın qalıqları arxeoloji qazıntı işləri nəticəsində e.ə. VIII-VI əsrlərə aid təbəqələrdə aşkara çıxardılmışdır. V əsrdə Sasani hökmdarı II Yəzdəgird (438455-ci illər) zamanında bu istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər bütün keçidin qabağını kəsərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılmışdı. Qala divarları təpə üzərində salınmış möhkəm içqalaya bitişirdi. Sonralar çiy kərpicdən olan divarlara lap yaxın, sanki ona üzlük kimi şimal daş divarı tikilmişdi. Dərbəndin daş divarı I Xosrov Ənuşirəvan (531579-cu illər) dövründə tikilməyə başlamış və 567-ci ildə, başqa bir fərziyyəyə görə isə, 547-ci ildə başa çatdırılmışdır.

  • Dərbənd_qalası_2Azərbaycan inşaat sənətinin misilsiz qiymətə malik abidələrindən olan Dərbənd divarlarının üzlüklərində 20-dək Pəhləvi kitabəsi vardır.
Sasanilər dənizdən başlayaraq, əzəmətli daş tikililər – şəhərin şimal və cənub divarları, içqala və Dərbənd qala divarının davamı olub, dağlar boyu qərb istiqamətində 40 km-dək uzanan dağ səddi inşa etmişdilər. Bu sədd dənizdən başlayaraq, Qafqaz sıra dağlarının düşmən üçün keçilməz çıxıntılarınadək qırılmaz müdafiə xətti kimi düşünülmüşdü. Ərəb mənbələrinin verdiyi məlumata görə divarlar dənizin içərilərinədək gedib çıxırdı. Dərbənd divan tikildikdən sonra şəhərdən şimala doğru qalıqları Oqni stansiyasından 6-7 km aralı indiyədək duran bir divar da ucaldılmışdı.

Sasanilər şərqi Ön Qafqaz çöllərində yaşayan köçəri şimal tayfa və xalqlarının – maskutların, alanların, hun, sabir, xəzər və başqa türk tayfalarının Cənubi Qafqaz və İrana keçmələrinin qabağını kəsən belə istehkamların tikilməsində maraqlı idilər. Bizans da Dərbənd keçidinin və Sasanilərin şimal sərhədlərinin onun üçün təhlükə törədən köçəri tayfalara qarşı möhkəmləndirilməsinə çalışırdı. VIII əsr tarix əsərində xəbər verilir ki, V əsrdə imperator Markian (450-457-ci illər) Dərbənd divarlarını tikmək üçün maddi yardım göstərmiş, “bu işə öz xəzinəsindən çoxlu talant sərf etmişdi”.

VI əsrdə Sasanilər dövlətinin şimal sərhəddindəki ən mühüm strateji əhəmiyyətli məntəqələri Dərbənd və Dər-i alan (Alan qapısı) keçidləri idi. Beləliklə, Sasanilərin Dərbənd bölgəsində möhkəmləndikləri bir əsr ərzində – V əsrin ortalanndan VI əsrin ortalarınadək fars padşahları Şirvan ərazisində İran torpaqlarına ardıarası kəsilməyən hücumlar edən köçəri tayfalardan müdafiə məqsədilə nəhəng istehkamlar tikmişdilər.

Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bu istehkamların əhəmiyyəti haqqında aşağıdakıları yazırdı:

“Əgər Allah hər şeyi görməyi, böyüklüyü və mərhəməti ilə İran şahlarına (mülük-ül-furs) əl-Bab şəhəri, onun quru, dəniz və dağlarda olan divarları və digər qalaların tikilməsinə, həmçinin, müxtəlif xalqlardan olan adamların yerləşdirilməsinə, müxtəlif dərəcəli hökmdarlar təyin etməsinə kömək göstərməsəydi onda xəzərlər, alanlar, sərirlər, türklər və adları çəkilən digər xalqlar, şübhəsiz, Bərdə, ərRan, Beyləqan, Azərbaycan, Zəncan, Əbhər, Qəzvin, Həmədan, Dinavər, Nihavənd vilayətlərinə və digər erlərə gəlib çıxardılar

Şərh yeri

şərh

Share Button

Comments are closed.