yeni xəbərlər

Dərbənd azərbaycanlıları yerli idarəetmə orqanlarında əvvəlki kvotanın bərpasını istəyir

Dekabr 4th, 2015 | by DAK.AZ
Dərbənd azərbaycanlıları yerli idarəetmə orqanlarında əvvəlki kvotanın bərpasını istəyir
Dərbənd
0

Dərbəndin azərbaycanlı icması yerli idarəetmə orqanlarında əvvəlki kvotanın bərpa olunmasını tələb edir. Dərbənddəki mənbələrdən Publika.az-a verilən məlumata görə, azərbaycanlılar bununla bağlı toplantı keçirib.

Toplantıda qeyd olunub ki, yerli idarəetmə orqanlarında azərbaycanlıların təmsilçiliyi yetərincə deyil. İcma idarəçilikdə təmsilçiliklə bağlı 2000-ci illərə qədər olan kvotanın yenidən bərpa olunmasını, azərbaycanlılara da digər millətlər qədər yer verilməsini tələb ediblər.

Azərbaycanlı icması məsələ ilə bağlı Rusiya prezidentinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Melikov, Dağıstanın rəhbəri Ramazan Abdulatipov, Federal Təhlükəsizlik Xidmətinin (FTB) Cənubi Dağıstan üzrə rəisi Aleksandr Jidekov və Dərbənd şəhərinin meri Malik Baqdiyevə müraciət qəbul edib.

Müraciətdə qeyd olunub ki, tələblər yerinə yetirilməsə, azərbaycanlılar Dərbənddə mitinqə başlayacaqlar.

Şərh yeri

şərh

Share Button

Comments are closed.