yeni xəbərlər

Çin uyğurlar haqqında yazan fransalı jurnalisti ölkədən çıxarır

Dekabr 26th, 2015 | by DAK.AZ
Çin uyğurlar haqqında yazan fransalı jurnalisti ölkədən çıxarır
Doğu Türküstan
0
Çin hakimiyyəti Sincan uyğurlarına dair ölkənin siyasəti barədə tənqidi məqalə yazan fransalı jurnalistin akkreditasiyasını uzatmayıb.
L’Obs dərgisinə işləyən Ursula Gauthier-in Çində işləmək icazəsi bu ilin sonunda tamamlanır.
Əcnəbi müxbirin ölkədən xaric edilməsi halı sonuncu dəfə 2012-ci ildə baş verib.
Çin bildirir ki, Ursula Gauthier-in Sincanla bağlı yazdığı məqalə insanların ölümünə səbəb olan “terrorçuluq və vəhşilik” aktlarına bəraət qazandırır.
Hökumətin iradlarını “cəfəng” adlandıran fransalı müxbir deyib ki, Çin xarici jurnalistlərin sərbəst fəaliyyətini əngəlləmək məqsədini güdür.
Çinin addımı Fransa Xarici İşlər Nazirliyi və mətbuat azadlığı üzrə “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı tərəfindən tənqid olunub.
Çin Sincandakı təlatümlərdə xarici əlaqələrə malik islamçı eskstremistləri təqsirləndirir. Lakin yerli fəallara əsasən zorakılıq uyğurların milli və dini zəmində təqiblərə cavab reaksiyasıdır (BBC).

Şərh yeri

şərh

Share Button

Comments are closed.