yeni xəbərlər

Dərbənddə fəaliyyət göstərən Azərbaycan teatrı Türkiyəyə festivala gedəcək

Fevral 8th, 2016 | by DAK.AZ
Dərbənddə fəaliyyət göstərən Azərbaycan teatrı Türkiyəyə festivala gedəcək
Dərbənd
0

Dağıstanda fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Bartin şəhərində keçiriləcək 22-ci Uluslararası Teatr Festivalında iştirak edəcək.

Bunu “Report”a açıqlamasında teatrın baş rejissoru Ərtoğrul Kamalov bildirib.

Onun sözlərinə görə, festival martın 27-də başlayacaq və aprelin 3-dək davam edəcək.

Ə.Kamalov deyib ki, festivalda “Yalnız” monodramını təqdim edəcəklər: “Əsərin ssenarisini Mehman Musabəylinin ideyası əsasında özüm yazmışam. Monotamaşada aktyor Sərxan Səmədov çıxış edəcək”.

Qeyd edək ki, gənc rejissor Ə.Kamalov 2015-ci ildə ilk dəfə Bartin festivalına dəvət alıb. O, Türkiyədə aktyorlara ustad dərsləri deyib və müəllimi, mərhum Vaqif İbrahimoğlunun aktyor dərsləri barədə məlumat verib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.