yeni xəbərlər

Gulca qətliamı uyğur doktorun dilindən

Fevral 9th, 2016 | by DAK.AZ
Gulca qətliamı uyğur doktorun dilindən
Doğu Türküstan
0

Doğu Türküstandan olan  Dünya Uyğur Konqresi baş katibi, Ankara üniversitetinin  doç.dr. Erkin Emet Tanrıdağ Türkçülər Dərnəyində 1375-ci ildə (1997) Gulca da baş vermiş soyqırımı anlatdı.

Doğu Türküstanın tarixi, yaşamı və bugünü ilə bağlı dəyərli bilgilər verən sayın Emet orda soydaşlarımızın yaşadığı Çin zülmündən və Gulca qətliamının bu zülmün zirvəsi olduğunu söylədi. Göz görə-görə Çin polisinin sadəcə öz ibadətlərini yerinə yetirdiyi üçün gəncləri güllələdiyini deyən Erkin Emet Doğu Türküstanda Uyğurların Türk olduqları üçün Çin tərəfindən bu qədər işgəncə və zülmə məruz qaldıqlarını bildirdi. Bundan başqa O, Uyğur Türklərinin hardasa hamısının öz ana dillərində danışdıqlarını, dil və mədəniyyətlərini qoruyub saxladıqlarını vurğuladı.

Konfransın sual-cavab bölümündə sualları cavablandıran Emet Doğu Türküstanda Türkiyəyə böyük sevgi olduğunu dilə gətirdi.

Xatırladaq ki, 1375-ci ilin 17 bəhmənində Doğu Türküstanın Gulca şəhərində ibadət etdiyi üçün evlərindən aparılaraq öldürülənlər üçün etiraz edən soydaşlarımıza qarşı Çin polisi qətliam törətdilər. Gulca qiyamı əsnasında 400 Doğu Türküstan türkü hadisə yerində şəhid olmuş, bir çoxu ağır yaralanmış və ilk mərhələdə 2000 adamı tutuqlamışdır.

 

Şərh yeri

şərh

Share Button

Comments are closed.