yeni xəbərlər

Doğu Türküstanda Türk mədəniyyəti məhv edilir

Aprel 1st, 2016 | by DAK.AZ
Doğu Türküstanda Türk mədəniyyəti məhv edilir
Doğu Türküstan
0

İşğalçı Çin qədim Türk  mədəniyyət və memarlığının nümunələrini  daşıyan Doğu Türküstan şəhərlərini bir-biri yox etməyi davam etdirir.

İşğalçı Çin ötən illərdə “Qərb bölgəsini inkişaf etdirmək adı altında başladığı Türk-Kültür və mədəniyyəti ilə uzun tarixin mükəmməl və bənzərsiz memarlıq  iz və nümunələrini saxlayan Azizane Kaşğar şəhərini yıxma əməliyyatını tamamlamağa çalışarkən, digər tərəfdən, bu dəfə yenə ənənəvi Türk memarılıq nümunələrini özündə birləşdirən Uyğur türklərinin qədim şəhərlərindən olan Yarkənti  yox etməyə çalışır.

Yarkənt, Doğu Türkistanın son əsrlərdəki siyasi və mədəniyyət tarixində çox əhəmiyyətli bir yerə sahibdi. Uyğur Türklərinin son ən güclü və uzun müddətli müstəqil dövləti Saidinin xanlığı (1507-1670-ci illər arası) bu şəhərdə qurulmuşdur. Çinli işğalçılar, Yarkent Saidinin dövlətinə ortaq paytaxtlıq edən Yarkənt və qədim mədəniyyət mərkəzi Kuçar şəhərlərini bu səbəblə yox etməkdədilər.

Yarkənt və Kuçar şəhərlərində  yaşayan xalq, Doğu Türkistanın qurtuluş hərəkəti ilə milli müstəqillik mübarizəsində son illərin ən böyük etirazlarını həyata keçirmişdilər, 28 iyul 2014-cü ildə başlayan Yarkent-İlişku xalq qiyamı həftələrcə davam etmişdir. Bu azadlıq üsyanı, ən az 5 min uyğur Türkünün Çinin işğal ordusu tərəfindən bombardman edilməsinə,  tanklar və ağır silahlar istifadə edərək  qırğın törətməsinə səbəb olub. Çinin bu qətliamları nəticəsində bu bölgələrdəki bəzi kəndlər  xəritədən silinmişdi.

Eynən İran işğalçı rejmi kimi, Çin rejmi də işğal etdiyi Doğu Türküstanda soydaşlarımıza qarşı saysız qətliamlar və qırğılar törədir, bununlada kifayətlənməyərək Türk izlərini bu torpaqlardan silməyə çalışır.

 

Şərh yeri

şərh

Share Button

Comments are closed.