yeni xəbərlər

Dərbənd teatrı xaçmazlı tamaşaçılara “Ac həriflər”i təqdim edib

May 14th, 2016 | by DAK.AZ
Dərbənd teatrı xaçmazlı tamaşaçılara “Ac həriflər”i təqdim edib
Dərbənd
0

Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrı xaçmazlı tamaşaçıların görüşünə gəlib.

AZƏRTAC xəbər verir ki, kollektiv Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində teatrsevərlərə Əbdürrərim bəy Haqverdiyevin “Ac həriflər” tamaşasını təqdim edib.

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının Teatrın baş rejissoru Ər-Toğrul Kamalov bildirib ki, tamaşada 12 nəfərlik aktyor heyəti iştirak edir. Əsərdə müəyyən dəyişikliklər edilərək hadisələrin baş verdiyi dövrlə indiki zaman arasında əlaqə yaradılıb. Musiqi tərtibatı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevaya məxsus tamaşanın quruluşçu rəssamı Naidə Alimətovadır.

Xaçmazlı tetatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşa ölkəmizin digər regionlarında eləcə də Bakı şəhərində nümayiş etdiriləcək.

1

2

3

4

Şərh yeri

şərh

Share Button

Comments are closed.