yeni xəbərlər

Türkiyə uyğur lideri həbs etdi – ÇİNƏ VERİLƏCƏK

Noyabr 24th, 2016 | by DAK.AZ
Türkiyə uyğur lideri həbs etdi – ÇİNƏ VERİLƏCƏK
Doğu Türküstan
0

Son vaxtlar Türkiyənin Qərblə münasibətlərinin kəskinləşməsi bir çox məsələlərə öz təsirini göstərir. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Avropa Birliyinin Türkiyə ilə müzakirələri dayandırması qərarı ilə eyni vaxtda bu ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxınlaşması gündəmdədir. Hətta rəsmi Ankara uzun illərdir Türkiyədə yaşayan və Qərbi Çində muxtariyyət tələb edən uyğurların liderindən olan Abdulkadir Yapçanı həbsxanaya salıb.

Bildirilir ki, artıq 15 ildir, Türkiyədə yaşayan A.Yapçan saxlanılaraq Kırklarelindəki cəzaçəkmə müəssisəsinə aparılıb. Onun Çinə təhvil verilməsi müzakirə edilir. A.Yapçanın tutulması Türkiyədəki uyğurların böyük narazılığına səbəb olub.

Qeyd edək ki, Çin A.Yapçanı İnterpol xətti ilə axtarışa versə də, Türkiyə xeyli vaxt idi, onu himayə edirdi. A.Yapçanın tutulması bəzi siyasi dairələrdə Türkiyənin Qərbə mesajı və Çin-Rusiya kimi ölkələrə isə jesti kimi qiymətləndirilib.

Lent.az

Şərh yeri

şərh

Share Button

Comments are closed.