yeni xəbərlər

Mosula güclü hücum başladı, xeyli sayda İŞİD-çi məhv edildi

Fevral 20th, 2017 | by DAK.AZ
Mosula güclü hücum başladı, xeyli sayda İŞİD-çi məhv edildi
Türkman Cəbhəsi
0

İraqın Mosul şəhəri ətrafında 79 İŞİD terrorçusu məhv edilib.

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan əlavə terrorçulara məxsus 13 minalanmış nəqliyyat vasitəsi, 30 partlayıcı qurğu və 3 tunel məhv edilib.

Mosul yaxınlığında həmçinin 10 yaşayış məntəqəsi İŞİD-çilərdən təmizlənib, Naynava əyalətini enerji ilə təmin edən elekrik stansiyası hökumət qüvvələrinin nəzarəti altına keçib.

İraqın baş naziri Haydar əl-İbadi orduya yeni hücum təlimatı verildiyini bildirib. Hökumət rəhbəri Mosulun tamamilə təmizlənəcəyini, dinc sakinlər arasında itkinin olmaması üçün tədbirlər görüldüyünü qeyd edib.

Ötən gün İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Mosulun qərb hissəsi üç aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.