yeni xəbərlər

İraq ordusu Mosul aeroportunu İŞİD-dən aldı

Fevral 24th, 2017 | by DAK.AZ
İraq ordusu Mosul aeroportunu İŞİD-dən aldı
Türkman Cəbhəsi
0

İraq ordusu İŞİD terror təşkilatının nəzarətində olan Mosul Beynəlxalq Hava Limanını ələ keçirib.

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular 2014-cü ilin iyun ayından ələ keçirdiyi hava limanının enmə zolağını beton bloklarla bağlamışdı. Bu gün başlayan əməliyyatla ərazi tamamilə İŞİD-çilərdən azad olunub.

İraq hərbçilərinin hava limanının yanında yerləşən Gizlani hərbi bazasına da hücuma keçdiyi bildirilir. Əməliyyata hərbi təyyarələr də dəstək verib.

Mosul şəhərindən oktyabrdan bu yana qaçan mülki şəxslərin sayı 220 mini keçib. İŞİD-in PUA-larla şəhərdən qaçan şəxsləri hədəf aldığı qeyd olunur.

Şərh yeri

şərh

Share Button

Comments are closed.