yeni xəbərlər

Qərbi Mosulda 135 silahlı məhv edilib

Mart 7th, 2017 | by DAK.AZ
Qərbi Mosulda 135 silahlı məhv edilib
Türkman Cəbhəsi
0

İraq ordusu Mosulun qərbini İŞİD terrorçularından azad etmək üçün əməliyyatları davam etdirir. Son sutka ərzində bir sıra dövlət idarə və müəssisəsi  İŞİD terror qruplaşmasının silahlılarından təmizlənib. Məlumata görə, hökumət qüvvələrinin  hücumu nəticəsində 135 silahlı öldürülüb, həmçinin 24 minalanmış nəqliyyat vasitəsi məhv edilib, 156 müxtəlif partlayıcı qurğu zərərsizləşdirilib.

 

İraqın Mosul şəhəri 2014-cü il iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib.  Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

 

 

APATV

Şərh yeri

şərh

Share Button

Comments are closed.