yeni xəbərlər

Gürcüstanda azərbaycanlı intihar edib

Mart 18th, 2017 | by DAK.AZ
Gürcüstanda azərbaycanlı intihar edib
Borçalı
0

Gürcüstanın Saqareco rayonunda intihar olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Tüllər kəndində baş verib.

 

Kəndin sakini, 55 yaşlı Nurəddin Xeyirxəbərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət əvvəl həyat yoldaşına xəstəlik səbəbindən özünü öldürəcəyini deyib.

 

N. Xeyirxəbərov dünən təmiz hava almaq adı ilə həyətə çıxıb. Az sonra isə təndir çardağında əvvəlcədən hazırladığı kəndirlə özünü asıb.

 

Hadisə ilə bağlı hələlik cinayət işi qaldırılmayıb.

Şərh yeri

şərh

Share Button

Comments are closed.