yeni xəbərlər

Borçalıda Qadınlar Klubu açılıb

May 5th, 2017 | by DAK.AZ
Borçalıda Qadınlar Klubu açılıb
Borçalı
0

Marneulinin Ağməmmədli kəndində “Vətəndaş büdcəsi” bələdiyyə layihəsi çərçivəsində yerli sakinlərin təşəbbüsü ilə Qadınlar Klubu fəaliyyətə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihənin məqsədi azərbaycanlıların kompakt yaşadığı bölgələrdə qadınların ictimai həyatda fəallaşmasına dəstək olmaqdır. Görüşdə bildirilib ki, kəndlərdə yaşayan qadınların yerli və bələdiyyə səviyyəsində qərarların qəbulunda fəal iştirakı cəmiyyət üçün çox mühümdür. Klubda müxtəlif təşəbbüs qrupları və qeyri-hökumət sektoru nümayəndələri tərəfindən görüşlər təşkil etmək, yeni layihələr həyata keçirmək və digər mühüm tədbirlər planlaşdırılıb.

 

Qadınlar Klubunun fəaliyyətinə yerli büdcədən 14. 200 lari vəsait ayrılıb. Klub kəndin Mədəniyyət Evində yerləşib. Qadınlar Klubuna ayrılan sahədən başqa yerli büdcə hesabına digər təmir işləri, otaqların təmiri və dam örtüyünün dəyişdirilməsi üçün daha 66 750 lari vəsait ayrılıb.

 

Qadınlar Klubunun açılış mərasimində Marneuli Rayon İcra Hakimiyyəti başçısı Merab Topçişvili, Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev,  icra hakimiyyəti başçısının müavini Akif Əliyev, rayon icra hakimiyyətinin əməkdaşları, rayon bələdiyyəsində çalışan qeyri hökumət təşkilatlarının nümayəndələri və ziyalılar iştirak ediblər.

 

Tədbirdən sonra Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili kənd sakinlərinin problemləri ilə maraqlanıb və onların həllinə çalışacağına söz verib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.