yeni xəbərlər

Sabir Rüstəmxanlı: “Mənim Ailəm yalnız qanla, soyadla bağlı olanlar deyil, Bütün Azərbaycandır… “

May 22nd, 2017 | by DAK.AZ
Sabir Rüstəmxanlı: “Mənim Ailəm yalnız qanla, soyadla bağlı olanlar deyil, Bütün Azərbaycandır… “
DAK
0

Dünən qəzetlərdəki, elektron mediadakı yazılarla, telefon zəngləri və smslərlə, uzaqdan- yaxından, mənim ad günümü təbrik edən insanlara- qələm dostlarıma, tanışlarıma, oxucularıma, uşaqlı-böyüklü bütün doğmalarıma təşəkkür edir, sonsuz sevgi və sayqılarımı çatdırıram. Hamısı zəhmətinin hədər getmədiyini göstərən və insana təskinlik verən sözlər, təbriklərdir. Əvvəlllər də yazmışam: Mənim Ailəm yalnız qanla, soyadla bağlı olanlar deyil, Bütün Azərbaycandır… Belə günlərdə bu böyük mənəvi ailəmin hətta Azərbaycanın sərhədlərindən də geniş olduğunu görür və bu ruh birliyinə sevinirəm.


Yaxınlarım bilir, mən əvvəllər də ad günləimin səssizcə ötüb keçməsini istəmiş, yaxud da Mayin 20- də qaçıb təklənməyə çalışmışam. Hər 5 ildən bir yaradıcılıq gecələri keçirib hesabat vermək ad günlərini əvəz edir. Həm də hər il yaşımızın xatırlanması adamı əzir, inanmaq olmur: necə keçdi bu illər?!


Nə isə. Bu il də istəyimcə oldu. Almaniyadayam. Dünən, mayın 20- də, Kölndə Avropadakı Güney Azərbaycan siyasi təşkilatlarının çox mühüm bir toplantısını keçirdik. Öncə qaralı, sonra güneyli-quzeyli soydaşlarımızın , gənclərimizin iştirakı ilə. Axşamadək davam edən müzakirələrdən razı qaldım. Milli taleyimiz baxımından önəmli hesab etdiyim bu hərəkat ötən ilin dekabrından, İsveçdən-Yöteburq şəhərindəki ilk yığıncağımızdan başlanıb, davam edir və inanıram ki, sonucu da uğurlu olacaq… Niyyətimiz mühacirətdəki Güney hərəkatini Vahid bir cəbhətə, İttifaqda birləşdirməkdir… Türk düşmənçiliyinin həm Azərbaycanda, həm Türkiyədə, həm də bölgədə cəbhələr açdığını, böyüyən faciələrimizi görə-görə pərakəndə, dağınıq fəaliyyət nəticə verməz. Geniş milli dirəniş olmasa , qurtuluş hərəkati bütövləşməsə, üstümüzə gələn şər qüvvələrə cavab verə biləcək bir gücə çevrilməsək gələcəyimiz zülmətə bürünər. Bunu görməli, etiraf etməli və milli mübarizəmizi buna uyğunlaşdırmalıyıq… Yoxsa millətə adını da, ad günləri keçirməyi də unutdurarlar.


Allah Vətənimizi, Millətimizi və bizi sevənləri qorusun!

Şərh yeri

şərh

Share Button

Comments are closed.