yeni xəbərlər

Urmiyada türkcə yazılmış 3 şeir kitabının təqdimat mərasimi keçirilib

May 22nd, 2017 | by DAK.AZ
Urmiyada türkcə yazılmış 3 şeir kitabının təqdimat mərasimi keçirilib
Ədəbiyyat
0

Güney Azərbaycanın Urmiyə şəhərində Azərbaycan türkcəsində yazılmış 3 şeir kitabının təqdimat mərasimi keçirilib.

 

Qərbi Azərbaycan İncəsənət Mərkəzində keçirilən mərasimə bir çox ictimai-mədəni xadim və ədəbiyyatçı alim qatılıb.

 

Mərasimdə Baba Əli Cavanmərdin “Bizim də Allahımız var”, Sadiq Dasgərin “Acı Gülüş” və Ruhulla Qənbərpurun “Ellər içində” kitabı təqdim olunub.

 

Urmiyəli şairlərin Azərbaycan türkcəsində yazdıqları kitablarda müxtəlif şeir səbklərindən istifadə olunub, şeirlər əsasən ictimai və dini mövzulara həsr olunub.

 

Mərasimdə Əli Məhəmmədiyan, Həmid Əkbəri, Əhməd Əsədi, Hüseyn Səncidə, Əkbər Rakibi, Elnaz Afaq, Qulaməli Kərimi, Mustafa Qulizadə və Mahmud Alimi çıxış edib və şeir oxuyublar.

 

Qərbi Azərbaycan İncəsənət Mərkəzində bundan öncə də bir çox kitab, o cümlədən Əkbər Həmidinin “Mənim Qırmızı Çərxim” adlı kitabının təqdimat mərasimi keçirilib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.