yeni xəbərlər

Tanınmış azərbaycanlı şair Barışmazın yaradıcılıq gecəsi keçiriləcək

İyun 2nd, 2017 | by DAK.AZ
Tanınmış azərbaycanlı şair Barışmazın yaradıcılıq gecəsi keçiriləcək
Ədəbiyyat
0

2017-ci il sentyabrın 17-18-də Güney Azərbaycanın Marağa şəhərində görkəmli şair, yazıçı və ədəbiyyatçı ustad Heydər Abbasinin yaradıcılıq gecəsi keçiriləcək.

 

“Barışmaz” təxəllüsü ilə tanınan şairin yaradıcılıq gecəsi iki gün davam edəcək.

 

Bu barədə Marağa Şəhər İcra Hakimiyyətinin başçısı tədbirin koordinasiyası ilə bağlı keçirilən iclasda çıxış edərkən danışıb.

 

“Tədbirdə görkəmli Azərbaycan şairi ustad Barışmazın şeir, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsindəki 50 illik fəaliyyəti təqdir olunacaq. Artıq yaradıcılıq gecəsi ilə bağlı Marağa Şəhər İcra Hakimiyyətində Katiblik fəaliyyyət göstərir, tədbir üçün məqalə qəbul olunur və müəyyən hazırlıq işləri görülür”- deyə İcra Hakimiyyətinin başçısı bildirib.

 

Tədbir keçirildiyi zaman ustad Barışmazın Büstünün açılışı da olacaq.

 

Tədbir üçün hazırlanan məqalələr və ustad şairin əsərlərindən ibarət olan iki nüsxə kitabın nəşr olunacağı da qeyd olunur.

 

Heydər Abbasi 1943-cü ildə (hicri şəmsi təqvimi ilə 1322-ci il) Marağada doğulub. İbtidai təhsilini doğulduğu şəhərdə alan şair, ingilis dili ixtisası üzrə ali təhsil alıb.

 

Heykəltəraş, xəttat və rəssam kimi də tanınan ustad Barışmaz türk, ərəb, ingilis, fransız, rus və fars dilllərini mükəmməl bilir. Ən çox türk dilində yazıb yaradan şair 40-dan çox dəyərli əsərin müəllifidir. Nəhcül-Bəlağənin təfsiri və türkcə tərcüməsi, Dartılmış dənələr, Çağırılmamış qonaqlar, Səs və divarlar və s. onun qiymətli əsərləri sırasındadır.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.