yeni xəbərlər

Sabir Rüstəmxanlı Lənkəranda müəllimlərlə və məktəblilərlə görüşüb

İyun 12th, 2017 | by DAK.AZ
Sabir Rüstəmxanlı Lənkəranda müəllimlərlə və məktəblilərlə görüşüb
DAK
0

DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı  Lənkəranda müəllimlərlə və məktəblilərlə görüşüb. Görüş Boladi kənd orta məktəbində baş tutub.  Tədbirdə məktəbin ədəbiyyat müəllimi və şagirdləri, eləcə də xalq şairinin qələm dostları Əyyub Qiyas, İltifat Saleh, Süleyman Hüseynov, Musa Xanbabazadə, Ağamir Cavad və İlham da  çıxış ediblər. Məktəblilərin ifasında səslənən  şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bu barədə S.Rüstəmxanlı öz təəssüratlarını belə bölüşüb: ” Boladi kənd deyil, balaca,səliqəli və gözəl şəhərdir. Ədəbiyyat müəlliminin və məktəblilərin çıxışlarından çox razı qaldım. Çoxdan şagirdlərin belə ürəklə şeir söyləmələrini görməmişdim”.

DAK Mətbuat Xidməti

DAK.az

 

ss8 ss6 ss5 ss3 ss2 ss1

Şərh yeri

şərh

Share Button

Comments are closed.