yeni xəbərlər

Bakıda şimşək çaxacaq, intensiv yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

İyun 16th, 2017 | by DAK.AZ
Bakıda şimşək çaxacaq, intensiv yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ
Özət
0

İyunun 17-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

 

Mülayim şimal-qərb küləyi  arabir güclənəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz  21-25° isti, Bakıda gecə  16-18° isti, gündüz  23-25° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

 

İyunun 16-sı axşamdan 17-si gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 17-18-də Bakı və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 14-19° isti, gündüz  26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.