yeni xəbərlər

Misir prezidenti: “Türkiyəyə sanksiyalar tətbiq olunmalıdır”-VİDEO

İyun 16th, 2017 | by DAK.AZ
Misir prezidenti: “Türkiyəyə sanksiyalar tətbiq olunmalıdır”-VİDEO
Video Xəbər
0

Misir prezidenti Əbdülfəttah Sissi Qətərə tətbiq olunan sanksiyaların Türkiyəyə də şamil olunmasını istəyib. APA TV-nin “Milliyyət”ə istinadən məlumatına görə, general bunun səbəbini Ankaranın Dohanı dəstəkləməsi ilə əlaqələndirib.

Misir dövlət başçısı bu fikri Qahirədə Bəhreyn kralı Hamad bin İsa əl Xəlifə ilə görüşü zamanı gündəmə gətirib.

Xatırladaq ki, Türkiyə çevrilişlə hakimiyyətə gələn Sissini tənqid edən ölkələr sırasındadır. Sissi isə Türkiyənin “Müsəlman qardaşları”nı dəstəklədiyini iddia edir.

Qeyd edək ki, Misir Səudiyyə Ərəbistanının liderliyi ilə anti-Qətər koalisiyasında ilk dördlükdə yer alır. Dördlüyün digər üzvləri isə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləridir.

Videonu bu linkdə izləyə bilərsiniz:http://apa.tv/video/40909

Şərh yeri

şərh

Share Button

Comments are closed.