yeni xəbərlər

Urmiya gölü üçün ayrılan vəsait parlament və prezident seçkilərində xərclənib

İyun 16th, 2017 | by DAK.AZ
Urmiya gölü üçün ayrılan vəsait parlament və prezident seçkilərində xərclənib
Güney Azərbaycan
0

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmu Gölünü Canlandırma Mərkəzini bölgə əhalisi və Urmu gölünə xəyanətdə ittiham edib.

 

Bu barədə “Fars news” xəbər agentliyinə danışan millət vəkili bildirib ki, “Urmu gölünün hazırkı vəziyyəti və gölün canlandırılması ilə bağlı statistik məlumat, hökumət rəsmilərinin açıqlamalarına qətiyyən uyğun gəlmir.”

 

O sözlərinin davamında deyib: “Gölün canlandırılması üçün ayrılan vəsait, Urmu Gölünü Canlandırma Mərkəzinin vasitəsi ilə parlament və prezident seçkilərinə xərclənib. Həqiqət budur ki, Canlandır Mərkəzinin rəsmiləri və yerli məsullar Urmu gölü və Urmiyə əhalisinə xəyanət edirlər.”

 

Azərbaycanlı millət vəkili bundan öncə də Canlandırma Mərkəzinin fəaliyyətini sərt tənqid edərək onu qeyri-şəffaflıqda ittiham etmişdir: “Biz Urmu Gölünü Canlandırma Mərkəzinin qeyri-şəffaf fəaliyyətindən narazıyıq. Mərkəz büdcə vəsaitini harada xərclədiyini dəqiq olaraq açıqlamalı və bu barədə şəffaflıq təmin olunmalıdır.”

 

Millət vəkili həmçinin Həsən Ruhani hakimiyyətini yaydığı yalan şayiələrə görə sərt tənqid etmişdir. “Məntəqə Su İdarəsinin açıqladığı məlumata əsasən Urmu gölündə su azalıb. Hökumət bu barədə həqiqi sənədləri gizlədir və yalan məlumat yayır. Əslin yalan iddialar ictimai şüura təhqirdir. Hökumət göldə suyun azaldığına dair sənədləri gizli saxlayır”- deyə N.Qazipur bir neçə gün öncə mətbuata bildirmişdir.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.