yeni xəbərlər

Ucarda avtomobil 2-si sinif şagirdini vuraraq öldürüb

İyun 19th, 2017 | by DAK.AZ
Ucarda avtomobil 2-si sinif şagirdini vuraraq öldürüb
Olay
0

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb. Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.

 

İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

 

 

Faktla bağlı araşdırma aparılır.

Şərh yeri

şərh

Share Button

Comments are closed.