yeni xəbərlər

Ələ keçirilən erməni təxribatçı: “İki nəfərimiz yaralandı, mən isə qaça bilmədim”-VİDEO

İyun 21st, 2017 | by DAK.AZ
Ələ keçirilən erməni təxribatçı: “İki nəfərimiz yaralandı, mən isə qaça bilmədim”-VİDEO
Video Xəbər
0

Azərbaycan Müdafiə Nazirliyi iyunun 20-də müdafiə xəttini keçməyə cəhd edərkən ələ keçmiş Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun üzvü Zaver Karapetyanın görüntülərini yayımlayıb.

 

APA TV-nin məlumatına görə, erməni təxribatçı deyib ki, əsas məqsədləri Azərbaycan əsgərlərini öldürmək olub.

 

“Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram.
Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.
Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.
Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.
Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.
Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”.

 

Qeyd edək ki, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı qabaqlayıcı tədbirlər görülüb, nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Videonu bu linkdə izləyə bilərsiniz: http://apa.tv/video/41059

Şərh yeri

şərh

Share Button

Comments are closed.