yeni xəbərlər

Aclıq aksiyasının 4-cü günündə Siyamək Mirzayinin qan təzyiqi kəskin düşüb

İyun 21st, 2017 | by DAK.AZ
Aclıq aksiyasının 4-cü günündə Siyamək Mirzayinin qan təzyiqi kəskin düşüb
Güney Azərbaycan
0

İranda 35 milyondan çox Azərbaycan türklərinin milli hüquqları uğrundakı dinc fəaliyyətinə görə Tehranın Evin zindanında saxlanılan və qanunsuz həbsinə qarşı etiraz əlaməti olaraq iyunun 17-də aclıq aksiyasına başlayan fəal Siyamək Mirzayinin səhhəti ağırlaşıb.

 

Azərbaycanlı məhbus iyunun 20-də yaxınlarından birinə zəng vuraraq qan təzyiqinin kəskin düşməsindən xəbər verib. O bildirib ki, qan təzyiqinin düşməsinə baxmayaraq o, qanuni istəklərinə çatana qədər aclığı davam etdirəcək. Aclıq aksiyası dövründə yalnız adi su qəbul etdiyini vurğulayan Siyamək Mirzayi, zindan rəsmilərinin ona qənd, düz və ya digər mayelər də qəbul etməsi ilə bağlı təklifini rədd etdiyini bəyan edib.

 

Həmin gün, məhbusun valideynləri onun səhhətindən nigaran qaldıqları üçün Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciət edərək, oğullarının aclığı dayandırması üçün onun istəklərinə cavab verilməsini tələb ediblər. Apellyasiya Məhkəməsi məsulları isə bildiriblər ki, ilkin məhkəmə tərəfindən Siyamək Mirzayinin dosyesi hələ ki onlara göndərilməyib və onlar bunun gələn həftənin əvvəllərində gerçəkləşdiriləcəyinə ümid edirlər.

 

11 aydır Evin zindanında saxlanılan azərbaycanlı fəal Siyamək Mirzayi, həbsdə qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin müxtəlif bəhanələrlə ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinə və onların onun işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin (1 milyard tümən) ağırlığına etiraz olaraq iyunun 17-dən aclıq aksiyası keçirir.

 

 

“ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin həbsxananın 8-ci korpusunda saxlanılır.

 

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə hər hansı bir məlumat verilməyib.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.