yeni xəbərlər

İrandan Azərbaycana psixotrop maddə və narkotik keçirmək istəyən şəxs saxlanılıb

İyun 21st, 2017 | by DAK.AZ
İrandan Azərbaycana psixotrop maddə və narkotik keçirmək istəyən şəxs saxlanılıb
Xəbər
0

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar fakt qeydə alınıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, gömrük baxışı zamanı, sözügedən vətəndaşa məxsus pul kisəsində xalis çəkisi 29,129 qram olan metamfetamin adlı psixotrop maddə, mobil telefonun arxa qapağının altında isə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 2,864 qram olan narkotik vasitə – heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Şərh yeri

şərh

Share Button

Comments are closed.