yeni xəbərlər

Malena Mard: “Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir”

İyun 23rd, 2017 | by DAK.AZ
Malena Mard: “Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir”
Siyasi
0

“Atəşkəsin pozulması və itkilərin olması bir daha status-kvonun davamsız olduğunun göstəricisidir”.

 

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard xatırladıb ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Avropa İttifaqı bəyanatla çıxış edib: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini, həmçinin onların regiona səfərlərinin yekunlarına dair bəyanatlarını dəstəkləyirik. Brusel bu məsələni yaxından izləyir. Avropa İttifaqının xüsusi nümayəndəsi cənab Zalber də regiona tez-tez səfər edir və prosesləri yaxından izləyir”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.