yeni xəbərlər

Soydaşımız Çexiya çempionu olub

İyun 23rd, 2017 | by DAK.AZ
Soydaşımız Çexiya çempionu olub
Diaspor
0

Soydaşımız, kikboksçu Məhəmməd Cəfər iyunun 18-də Praqa keçirilən “WAKO 2017” Çexiya çempionatında ölkə çempionu olub. 2017-cı il mayın 26-da isə o, Çexiyanın Liberec şəhərində keçirilən “WKU 2017” Avropa çempionatının növbəti mərhələsində Çexiya yığmasının tərkibində iştrak edərək yarımfinalda Ermənistan idmançısı Samuely Axanyana qalib gəlib və finalda daha bir erməni kikboksçusu Papin Bnyan üzərində qələbə çalmaqla Avropa çempionu adına layiq görülüb.

Məhəmməd Cəfər kikboksinq üzrə Cexiya yığmasının üzvüdür. Avropa turnirlərin qalibi, habelə, “WAKO Czech Open” yarışması, İtaliyada keçirilən “WTKA/WKA 2016” dünya çempionatı, “WKU 2017” və “WAKO 2017”-nin qalibidir.

Qeyd edək ki, Məhəmməd Cəfər 1999-cu ildə Bakıda doğulub. Anası şair, dramaturq Leyla Bəyim, atası isə rəssam və memar Yusif Cəfərovdur.  Cəfərovlar ailəsi 2008-ci ildən Çexiyada yaşayır. Hazırda Çex gimnaziyanın 3-cü kurs tələbəsi olan Məhəmməd qardaşı El Cəfərlə birlikdə kikboksla məşğul olur.

Diaspora.gov.az

Şərh yeri

şərh

Share Button

Comments are closed.