yeni xəbərlər

Türkiyədən ərəb ölkələrinə cavab: “Hərbçilərimiz Qətərdə qalacaq”

İyun 23rd, 2017 | by DAK.AZ
Türkiyədən ərəb ölkələrinə cavab: “Hərbçilərimiz Qətərdə qalacaq”
Türk Dünyası
0

“Qətərdəki Türkiyə hərbi bazası həm Qətər hərbçilərinin təlimi, həm də bu ölkənin təhlükəsizliyi üçün burdadır. Bundan kimsə narahat olmamalıdır. Hazırda bu hərbi anlaşmanın yenidən müzakirəyə gətirilməsi ehtimalı yoxdur”.

 

APA TV-nin məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq dörd ərəb ölkəsinin Qətərdən Türk  hərbi bazasının bağlanması ilə bağlı tələbinə cavab olaraq səsləndirib.

 

Fikri İşıq bildirib ki, bu tələb rəsmidirsə, ikili münasibətlərə müdaxilə anlamına gəlir: “Bu ölkələr arasında olan problemlərin sanksiya səviyyəsinə çevrilmədən həll olunması bizim ən böyük istəyimizdir. Bir problem varsa masa ətrafında müzakirə olunsun”.

 

Xatırladaq ki, Türkiyənin Qətərə göndərdiyi ilk hərbi kontigent Dohaya dünən çatıb. Ankaranın planına görə, hərbi bazada 3 min hərbçi olacaq.

 

Səudiyyə Ərəbistanı başda olmaqla, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir münasibətlərin düzəlməsi üçün Qətər qarşısında qoyduğu şərtlərdən biri də Türkiyənin hərbi bazasını ölkədən çıxarmaqdır.

Şərh yeri

şərh

Share Button

Comments are closed.