yeni xəbərlər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə həmsədrlər də qatılacaq

İyun 30th, 2017 | by DAK.AZ
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə həmsədrlər də qatılacaq
Siyasi
0

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Avstriyada nəzərdə tutulan görüşündə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədr İqor Popov da iştirak edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə RİA “Novosti”-yə Rusiya xarici siyasət idarəsindəki mənbə məlumat verib.

 

Mənbə hazırda görüşün təşkili üzərində iş aparıldığını bildirib.

 

APA-nın əldə etdiyi məlumata görə isə görüşə hər üç həmsədr qatılacaq. İqor Popovla yanaşı, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Riçard Hoqland da danışıqlarda iştirak edəcəklər.

 

Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏTXarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçriləcəyi gözlənilir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.