yeni xəbərlər

Güney Azərbaycanda idmançılar məşq etmək üçün stadion tapmır

İyun 30th, 2017 | by DAK.AZ
Güney  Azərbaycanda idmançılar məşq etmək üçün stadion tapmır
Güney Azərbaycan
0

Ölkənin digər əyalətlərindən fərqli olaraq Şərqi Azərbaycan Əyalətində müxtəlif idman növləri üçün ayrıca stadion yoxdur.

 

Bu barədə Şərqi Azərbaycan İdman Dərnəkləri Heyətinin  rəisi Huşəng Sruş “Fars” xəbər agentliyinə danışıb. “Ölkə əyalətlərində bütün idman növləri üçün xüsusi stadionlar var, lakin Şərqi Azərbaycan belə bir imkana malik deyil”- deyə o bildirib.

 

H.Sruş əlavə edib ki, “müxtəlif idman növləri ilə məşğul olan idmançılar üçün daimi stadion olmalıdır. Əks halda yersiz-yurdsuz bir vəziyyətdə idmançı yetişdirmək mümkün deyil. Əgər idmançının məşq etməsi üçün sabit bir məkan olmasa, o zaman təbii olaraq idmançıların sayı gündən-günə azalacaq.”

 

O vurğulayıb ki, “Şərqi Azərbaycan İdman Dərnəkləri Heyəti 7 il öncə yaradılıb. Dərnək 17 idman növü üzrə fəaliyyət göstərsə də, ona 7 il müddətində hətta bir stadion belə təhvil verilməyib.”

 

Şərqi Azərbaycan İdman Dərnəkləri Heyətinin rəisi dövlətin  təmsil etdiyi dərnəyə çox az məbləğdə büdcə vəsaiti ayırdığını tənqid edərək bildirib ki, “ötən il bizə dövlət tərəfindən sadəcə 3 milyon 200 min tümən vəsait təhvil verilib. Halbuki digər idman heyətlərinə daha yüksək məbləğdə vəsait ödənilib.”

 

Qeyd edək ki, İranda azərbaycanlı gənclərin dinamik inkişafı, onların təhsili və sağlam həyat tərzi üçün dövlət tərəfindən ciddi bir diqqət və qayğı göstərilmir. Şagirdlər köhnə və təhlükəli vəziyyətdə olan məktəb binalarında təhsil alır, orta məktəbi bitirdikdən sonra Azərbaycanda universitet sayı az olduğundan İranın digər bölgələrinə üz tuturlar. Onların əksəriyyəti ali təhsil aldıqdan sonra Azərbaycana dönür və işsizliklə bağlı problemlərlə üzləşir. Azərbaycanlı gənclər idman sahəsində də İranın mərkəzi bölgələri ilə müqayisədə olduqca məhdud imkanlara malikdir.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.