yeni xəbərlər

Sonuncu qapı

İyun 30th, 2017 | by DAK.AZ
Sonuncu qapı
DAK
0

Sonuncu qapı
sirr verdi-alıb qaçdım,
söz verdi-ürək açdım,
ömrüm bir adlamacdı
torpaqdan Tanrıyacan.

 

bitirib hər əzabı
əcəl köhləni çapır
ölüm sonuncu qapı
gedib çataram haçan?

 

göydən gəlir bu yazı
yazı yox haqq duası
hər insan sirr boğçası
biz qıfıl, Tanrı-açar…

DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı

DAK.az

Şərh yeri

şərh

Share Button

Comments are closed.