yeni xəbərlər

Sumqayıtda yaşayış binasında yanğın olub, 1 nəfər xəsarət alıb

İyun 30th, 2017 | by DAK.AZ
Sumqayıtda yaşayış binasında yanğın olub, 1 nəfər xəsarət alıb
Olay
0

umqayıt şəhərində ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh yeri

şərh

Share Button

Comments are closed.