yeni xəbərlər

Sabir Rüstəmxanlı:”Cümhuriyyət tariximizin əbədiləşdirilməsi üçün hələ çox iş görülməlidir”

Avqust 18th, 2017 | by DAK.AZ
Sabir Rüstəmxanlı:”Cümhuriyyət tariximizin əbədiləşdirilməsi üçün hələ çox iş görülməlidir”
DAK
0

Gələn il Azərbaycan Demokratik Cümhuriyyətinin 100-cü ildönümüdür. Maraqlıdır, Cümhuriyyət tariximiz yetərincə araşdırılıbmı?

Boyukmillet.com -a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu istiqamətdə xeyli iş görüldüyünü təsdiqlədi:

“Bu yöndə xeyli iş görülüb. Cümhuriyyət parlamentinin teleqramları çap edilib. 5-6 cildlik kitab çap edilib ki, orada parlamentin, hökumətin sənədləri toplanıb. Solmaz xanımın Quba, Şamaxı, Bakı qırğınları ilə bağlı kitabları çap edilib. Bunlar son dərəcə mühüm işlərdir. Bunlar iki illik milli hökumətin fəaliyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Şübhəsiz ki, o dövr mürəkkəb bir dövr idi. Bu səbəbdən də o tarixin bütövlükdə öyrənilməsi və əbədiləşdirilməsi üçün hələ çox iş görülməlidir”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.