yeni xəbərlər

Finlandiyada azərbaycanlı rəssamın rəsm sərgisi keçirilir

Avqust 30th, 2017 | by DAK.AZ
Finlandiyada azərbaycanlı rəssamın rəsm sərgisi keçirilir
Diaspor
0

Finlandiyanın Xamelina şəhərində Azərbaycanın tanınmış rəssamı, “Dostluq” Azəri-Fin Cəmiyyətinin fəal üzvü Çingiz Abbasovun rəsm sərgisi keçirilir. Bu barədə məlumatı cəmiyyətin sədri Təranə Nəzərova verib. Qeyd edək ki, Ç.Abbasov ABŞ, Avropa, o cümlədən  Finlandiyada fəaliyyət göstərən bir sıra rəsm qalereyaları ilə əməkdaşlıq edir. Onun rəsmlərinə dünyanın bir çox şəxsi və korporativ kolleksiyalarında, həmçinin tanınmış alman kolleksioneri Reynhold Vürtun muzeyində, Finlandiya Prezidenti Sauli Niinistonun kolleksiyasında rast gəlmək olar.

Ç.Abbasovun yenicə tamamlanmış “Çovqan”adlı rəsm işləri Bakıda yeni açılmış Media Mərkəzində nümayiş olunub.

Bu yaxınlarda isə o I Dünya Müharibəsində iştirak etmiş əfsanəvi “Vəhşi Diviziya”nın qəhrəmanı Azərbaycan Süvari Alayına həsr etdiyi “üçlük” adlanan (триптих) böyük həcmli rəsm əsərini  bitirib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.