yeni xəbərlər

Kərkük vilayət məclisi Bərzaninin referendum qərarını dəstəklədi

Avqust 30th, 2017 | by DAK.AZ
Kərkük vilayət məclisi Bərzaninin referendum qərarını dəstəklədi
Türkman Cəbhəsi
0

Kərkük vilayət məclisi Şimali Kürdüstan Muxtariyyətində keçiriləcək müstəqillik referendumunda iştirak etmək barədə qərar qəbul edib.

 

APA TV-nin məlumatına görə, maddə 41 nəfərlik məclisdə 21 səslə qəbul olunub. Məclis üzvü olan türkmən və ərəb vəkillər səsverməni baykot edib.

 

Türkiyənin Xarici İşlər Nazirliyi yazılı açıqlama ilə qərara kəskin etiraz edib: “Müstəqillik referendumunun keçirilməsi onsuz da səhv addımdır. Bu gün Kərkük Vilayət Məclisinin (KVM) Kərkükün referenduma daxil edilməsi yönündə qəbul etdiyi qərar səhvlər zəncirinə bir halqa daha əlavə edib, İraq Konstitusiyasının daha bir dəfə ciddi şəkildə pozub”.

 

Açıqlamada KVM-in və kürd muxtariyyətinin mübahisəli bölgələrlə bağlı hər hansı qərar vermə hüququnun olmadığı xatırladılır.

 

Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumu keçirmək niyyətindədir. ABŞ və Türkiyə başda olmaqla bir çox ölkələr referenduma qarşı çıxıb.

 

Xatırladaq ki, İraq konstitusiyasına görə, Kərkük və Kərkükün neft bölgələri kürd muxtariyyətinə deyil, İraq mərkəzi hökumətinin nəzarətinə daxil edilib. Bu bölgədə yaşayan əhalinin böyük çoxluğunu türkmənlər təşkil edir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.