yeni xəbərlər

Təbrizli gənc skripka sənətçisi Yaşar Əhmədizadə -Müsahibə

Avqust 30th, 2017 | by DAK.AZ
Təbrizli gənc skripka sənətçisi Yaşar Əhmədizadə -Müsahibə
Müsahib
0

Ankarada intensiv şəkildə musiqi fəaliyyəti ilə məşğul olan 16 yaşlı skripka sənətçisi Yaşar Əhmədizadə təqribən 8 il əvvəl ailəsi ilə bərabər Güney Azərbaycandan  Türkiyəyə köçüb. Gənc sənətçi Amerikanın Səsinə müsahibədə musiqi fəaliyyəti, gələcək planları, həmçinin İranda musiqi fəaliyyəti göstərənlərin önündəki məhdudiyyətləri anladıb.

“6-6-ci siniflərdə Ankara elində təşkil olunan musiqi yarışlarında birinci dərəcəyə” layiq görünən Yaşar Əhmədizadə hər gün musiqi ilə məşğul olmaqla bərabər musiqiçi atasının təşkil etdiyi orkestr tərkibində də fəaliyyət göstərdiyini deyir.

O, musiqi sahəsində fəaliyyət göstərmək istəyən uşaqlar üçün mövcud olan fürsətlər baxımından Türkiyə və İrandakı şəraiti müqayisə edir. “Burada musiqi təlimi, xüsusilə klasik musiqi təlimi yetərsizdir. Amma musiqi təliminin önündə bir maneə yoxdur. Amma Güney Azərbaycanda yaşadığım dönəmdə buradakı qədər dəstəklənmədim. Orada musiqini toplum içində çox görmədim,” deyə sənətçi söyləyir.

O əlavə edir, “mənim Güney Azərbaycanda musiqi fəaliyyətinə başlamağımın səbəbi babamın musiqiçi olması idi, yoxsa başlaya bilməzdim. Türkiyədə ən azından məktəblərdə musiqi dərsi vardır. Çox əhatəli deyil, amma var. İranda heç yoxdur.”Yaşar Əhmədizadə musiqi təhsilini davam etdirmək və Türkiyə, ya da digər ölkələrdə Konservatoriyaya girmək istədiyini deyir.

O, həmçinin tərkibində fəaliyyət göstərdiyi orkestrin auditoriyasını genişləndirmək istiqamətində klasik musiqidən əlavə digər janrlarda da proqramlar planlaşdırdığını bildirir.

“Musiqi, xüsusilə klassik musiqi sadəcə elitist bir iş deyil. Hamının həyatında olması gərəkən bir şeydir. Həyata yeni bir baxış açısı qazandırar,” deyə gənc sənətkar əlavə edir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.