yeni xəbərlər

Ağ Ev: “Tramp müharibə variantı üzərində düşünür”-VİDEO

Avqust 31st, 2017 | by DAK.AZ
Ağ Ev: “Tramp müharibə variantı üzərində düşünür”-VİDEO
Video Xəbər
0

“Şimali Koreyaya münasibətdə daha sərt olmaq lazımdır”. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri ABŞ prezidenti öz “Twitter” səhifəsində yazıb.

Donald Tramp qeyd edib ki, Vaşinqton 25 ildir Pxenyanla danışıqlar aparıb, lakin ortada nəticə yoxdur. Belə halda isə məsələyə birdəfəlik son qoymaq lazımdır.

Ağ Evin mətbuat katibi Sara Sanders onun açıqlamasına aydınlıq gətirib:
“ABŞ prezidenti Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı məsələsinin həlli istiqamətində hərbi variantı istisna etmir. O, açıq-aydın deyib ki, hərbi variant mümkündür. Şimali Koreyaya qarşı sərt sanksiyalar tətbiq edilib, ABŞ Pxenyanın nüvə proqramı ilə bağlı ciddi tədbirlər görməkdə davam edir” – deyə, bəyanatda bildirilir.

Videonu bu linkdə izləyə bilərsiniz:http://apa.tv/video/42676

Şərh yeri

şərh

Share Button

Comments are closed.