yeni xəbərlər

MƏQSƏD ORADA YAŞAYAN AZƏRBAYCAN TÜRKLƏRİNİ AŞAĞILAMAQDIR – TƏNZİLƏ RÜSTƏMXANLI

Avqust 31st, 2017 | by DAK.AZ
MƏQSƏD ORADA YAŞAYAN AZƏRBAYCAN TÜRKLƏRİNİ AŞAĞILAMAQDIR – TƏNZİLƏ RÜSTƏMXANLI
DAK
0
İranda hazırlanan yeni qanuna əsasən, müxtəlif ləhcələrə sahib olan xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar tədris müəssisələrində müəllim işləyə bilməyəcəklər. İrqçiliyə əsaslanan qanuna görə, “Ç, G, J, Q” və s. fars hərflərini tələffüz edə bilməyən xalqların nümayəndələrinin dil-ədəbiyyat və başqa fənləri tədris etməsi qadağan ediləcək. Həmçinin, layihəyə görə, ləhcə sahibləri psixoloji xəstəliyi olan yararsız şəxslər sayılacaq.
Ekspertlərin fikrincə, qanun layihəsi ciddi ayrı-seçkilik və qeyri-insani münasibətdən xəbər verir. İranda yaşayan bütün millətlər, o cümlədən azərbaycanlılar qanunu özləri üçün təhqir hesab ediblər. Soydaşlarımız məsələni sosial şəbəkələrdə müzakirə edərək nazirliyin irqçilik istiqamətində atdığı addıma narazılıq bildiriblər.
Yeni qanunla bağlı “Şərq”ə danışan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, bu addım fars rejiminin türklərə qarşı olan növbəti mənfi münasibətidir. QHT rəhbərinin sözlərinə görə, məqsəd orada yaşayan Azərbaycan türklərini aşağılamaq, soydaşlarımızı insan yerinə qoymamaqdır:
 “Rejim qeyri-farsların hüquqlarını tanımır. Bu qanun da illərdir davam etdirilən bir prosesin tərkib hissəsidir. Ortada böyük bir təhqir var. Nəzərə almaq lazımdır ki, soydaşlarımız etnik azlıq deyil. Azərbaycan türkləri İrandakı nüfuzun yarısından çoxuna sahibdirlər. Elə bu səbəbə görə, rejim soydaşlarımıza təzyiq edir, onları əritməyə, yox etməyə çalışır. İranda bir ovuc erməni yaşayır. Buna baxmayaraq, onların öz dilində məktəbi, dərsliyi, kitabı var. Ermənilərə hər cür şərait yaradıblar və adını da qoyublar ki, ermənilər “dini azlıq” olduqları üçün onlara müxtəlif imkanlar verilir. Ancaq 35 milyonluq Azərbaycan türklərini, əsrlər boyu ölkədə hakim olmuş bir xalqın nümayəndələrini fars dilində danışmağa, onlara aid ləhcə ilə fikir bildirməyə məcbur edirlər. Hər dəfə yalandan deyirlər ki, “azərbaycanlılar bizim din qardaşımızdır”. Axı müsəlman digər müsəlman topluma bu qədər zülm edərmi? Hesab edirəm ki, yeni qanun soydaşlarımıza qarşı aparılan təzyiq siyasətini qanuniləşdirmək məqsədi güdür”.

 

Şərh yeri

şərh

Share Button

Comments are closed.