yeni xəbərlər

Nazir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu münaqişənin siyasi həllində əsas maneədir”

Avqust 31st, 2017 | by DAK.AZ
Nazir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu münaqişənin siyasi həllində əsas maneədir”
Özət
0

Bu gün altı Şərq Tərəfdaşlığı ölkəsinin dördünün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr səbəbindən pozulmaqda davam edir. Beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılmaması, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsiri və seçilmiş tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur”.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu xarici işlər naziri Elmar MəmmədyarovViseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin Budapeştdə keçirilən görüşündəki çıxışında deyib.

 

Nazirin sözlərinə görə, artıq üçüncü onillikdir ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvü olaraq digər üzvün suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birini işğal altında saxlamaqda davam edir.

 

O bildirib ki, Ermənistan Avropada, ümumilikdə dünyada qəbul olunmuş davranış qaydalarının tam ziddinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində bədnam etnik təmizləmə törədib.

 

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbi olaraq qalır və münaqişənin siyasi həllində əsas maneədir”, – deyə E. Məmmədyarov diqqətə çatdırıb.

Şərh yeri

şərh

Share Button

Comments are closed.