yeni xəbərlər

Hava yağmursuz keçəcək, 38 dərəcə isti gözlənilir

Sentyabr 5th, 2017 | by DAK.AZ
Hava yağmursuz keçəcək, 38 dərəcə isti gözlənilir
Xəbər
0

Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında havadəyişkən buludlu, yağmursuz keçəcək.

 

Şimal küləyi  gündüz  mülayim  cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  21-25° isti, gündüz 29-34°, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  759  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə  70-75 %, gündüz  45-50 % olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.

 

Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 14-19°, gündüz  25-30° isti olacağı gözlənilir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.