yeni xəbərlər

İŞİD-in “ölüm-qalım” mübarizəsi – VİDEO

Sentyabr 5th, 2017 | by DAK.AZ
İŞİD-in “ölüm-qalım” mübarizəsi – VİDEO
Video Xəbər
0

Suriya hökumət qüvvələri ölkənin şərqində yerləşən Deyr-əz-Zor vilayətinin mərkəzinə doğru hücuma keçib. APA TV-nin “Euronews”a istinadən məlumatına görə, ordu rəhbərliyi 48 saat ərzində əməliyyatı bitirmək istəyir.
Suriya Milli Birlik Təşkilatı hərbi əməliyyatların intensivləşməsi ilə dinc sakinlər arasında itkilərin olacağından narahatlığını bildirib:

“Əhalinin oradan çıxarılması üçün yollar tapılmalıdır. Çıxmaq istəyənlərə şərait yaradılmalıdır. Döyüşən tərəflər bu barədə düşünməlidir”.

Xatırladaq ki, Deyr-əz-Zor 2015-ci ildən İŞİD-in nəzarətindədir. Bu, terrorçu qruplaşmanın Suriyadakı son sığındığı bölgədir. Ölkənin başqa yerində olan terrorçular da hazırda burda cəmləşib. Videonu bu linkdə izləyə bilərsiniz: http://apa.tv/video/42742

Şərh yeri

şərh

Share Button

Comments are closed.