yeni xəbərlər

Ərdoğan Myanma lideri ilə danışdı – VİDEO

Sentyabr 6th, 2017 | by DAK.AZ
Ərdoğan Myanma lideri ilə danışdı – VİDEO
Video Xəbər
0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Myanmanın faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çji (Aung San Suu Kyi) arasında telefon danışığı olub.

 

APA TV-nin məlumatına görə, Ərdoğan danışıq zamanı Myanmada Arakan müsəlmanlarına qarşı insan haqlarının pozulması hallarının artdığını və bunun İslam ölkələri başda olmaqla, bütün dünyada narahatlıq doğurduğunu dilə gətirib.

 

O, Türkiyənin həm terroru, həm də məsum insanları hədəf alan hərbi əməliyyatları qınadığını bildirib. Tərəflər böhranın həlli və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələlərini müzakirə ediblər.

 

Türkiyə prezidenti problemin həlli üçün atılan bütün addımları dəstəklədiyini, bu müddətdə silahların yerə qoyulmasını və yerli əhalinin zərər görməməsi üçün həssas davranmaq lazım olduğunu vurğulayıb.Videonu bu linkdə izləyə bilərsiniz:

http://apa.tv/video/42762

Şərh yeri

şərh

Share Button

Comments are closed.