yeni xəbərlər

Azərbaycan və Polşa müdafiə nazirlərinin görüşü keçirilib

Sentyabr 6th, 2017 | by DAK.AZ
Azərbaycan və Polşa müdafiə nazirlərinin görüşü keçirilib
Xəbər
0

Polşa Respublikasına səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.

Şərh yeri

şərh

Share Button

Comments are closed.