yeni xəbərlər

Babək Bəxtavər: Güney Azərbaycan siyasətçi olub amma türklüyünə önəm verənlər də var-MÜSAHİBƏ

Sentyabr 11th, 2017 | by DAK.AZ
Babək Bəxtavər: Güney Azərbaycan siyasətçi olub amma türklüyünə önəm verənlər də var-MÜSAHİBƏ
Müsahib
0

Babək Bəxtavər Pəhləvi dönəmindən bəri İran hakimiyyətlərində Türk adı və kimliyinə qarşı həssaslığın mövcud olduğunu vurğulayaraq, İslam Respublikasının bu kimliyin ən güclü olduğu Günay  Azərbaycanın üç sərhəd vilayətinə baxışını şərh edib. Londonda yaşayan milli fəal Amerikanın Səsinə müsahibədə Türk Bölgələri Fraksiyasının taleyi, habelə prezident Həsən Ruhaninin yeni kabinetində türk siyasətçilərin nüfuzunun azaldığını dəyərləndirib.

Babək Bəxtavərin fikrincə, yeni kabinetdə türk siyasətçilərin nüfuzunun azalması və kabinetdə Azərbaycanın üç sərhəd vilayətindən heç bir siyasətçiyə yer verilməməsi son 10 ildə İranda yüksəlməkdə olan və Həsən Ruhaninin də yürütdüyü anti-türk siyasətin bir nəticəsidir.

“Son 10 ildə istər İran hakimiyyəti, istər xaricdəki fars muxaliflərinin arasında fars millətçiliyi və anti-türk siyasət daha üstün yer almışdır. Ruhani də bunun xaricində deyil, içindədir. Yəni, Ruhaninin yeni icraatı təsadüfi deyil.

Baxmayaraq ki, keçmiş hökümətlərdə olan türk nazirlər də əsasən assimilyasiya olunmuş və fars millətçiliyi ya İslam Respublikasının siyasətini davam edirdilər,” deyə, Bəxtavər söyləyir.

Onun dediklərinə görə, bu bölgələrdən olan bəzi siyasətçilər “sistemin içində olsalar da, bəzən İran hakimiyyətini problemlərlə üzləşdirə bilirlər. O, bu kontekstdə Təbrizin sabiq millət vəkili Əkbər Ələminin bəzi fəaliyyətlərini nümunə kimi önə çəkir.

Türk fəal deyir, “keçmiş illərə baxanda Azərbaycandan olan bəzi millət vəkilləri, o cümlədən Əkbər Ələmi və ya hazırda Nadir Qazipur bəzən milli məsələləri gündəmə gətirməklə hakimiyyəti problemlərlə üzləşdiriblər.”

Bəxtavər həmçinin, milli tələblər və ya bəzi məlumatın İran rəsmiləri tərəfindən gündəmə gətirilməsinin önəminə işarə edir: “Bu siyasətçilərin sözləri, sistemin içində olmaları etibarı ilə, fakt olaraq qalır. Misal üçün İranın keçmiş xarici işlər naziri Ələkbər Salehi Türkiyədə rəsmi səfərdə ikən İranın 40 faizinin türk olduğunu söyləmişdi. Bu bir İran rəsmisinin dilindən çıxan bir [statistik] fakt idi.”

Muhafizəkar vəkil Nadir Qazipur və islahatçı Əlirza Məhcub parlamentdə türk dilinin tədrisinə dair birgə sual irəli sürüblər.

Muhafizəkar vəkil Nadir Qazipur və islahatçı Əlirza Məhcub parlamentdə türk dilinin tədrisinə dair birgə sual irəli sürüblər.

Üç sərhəd vilyətin (Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil) önəmi

Səttar Xan, Xiyabani və Pişəvəri kimilərin rəhbərlik etdiyi ictimai-siyasi inqilablara diqqət çəkən türk fəal həmin vilayətlərin müasir tarixdəki önəmini vurğulayır.

“Tarixi baxımdan baxanda da, türk kimliyi və mədəniyyəti eləcə də, türklərin siyasi quruluşları o bölgələrdə güclü olmuşdur… Hakimiyyət daha çox bu bölgələrdən özünü basqı altında hiss edir. Türkə qarşı təhqirlərə təpkilər də, misal üçün 22 may 2006-da Təbriz, Urmiyə və Ərdəbildən başladı və sonra başqa yerlərə yayıldı… Buradan məclis ya şəhər şuraları seçkilərinə girmək istəyən siyasətçilər də milli tələbləri səsləndirməyə məcbur olurlar. Çünki, bu söyləm/diskurs 1990-cı illərdən bəri bu vilayətlərdə dominant söyləmə çevrilib. Amma Xorasan ya Qaşqay Elində o qədər güclü deyil. Zəncanda biraz daha güclüdür amma üç sərhəd vilayəti qədər deyil,” deyə Babək Bəxtavər ifadə edir.

O, əlavə edir ki, bu tendensiya Əkbər Ələmi ya Nadir Qazipur kimilərinin düşüncəsi ilə əlaqəli deyil. “Qazipur Vəli-Fəqihin (ali ruhani lider) müridir, İran-İraq müharibəsində olmuş. Məsələ budur ki, bu bölgələrdən hər kəs səs istəsə, bu məsələyə bir az yaxınlaşmalı olur,” Bəxtavər əlavə edir.

Türk Fraksiyası ilə bağlı ziddiyyətli açıqlamalar və ‘Türk’ adına həssaslıq

Babək Bəxtavər həmçinin son vaxtlar Türk Bölgələri Fraksiyasına dair ziddiyyətli açıqlamalar və İran Parlamentində Türk adına həssaslıqlara dair xəbərlər haqqında fikirlərini Amerikanın Səsi ilə paylaşıb.

Təbriz millət vəkili Şəhabəddin Bimiqdar: İran Parlamentində "Türk" sözünə qarşı həssaslıqlar səbəbilə Türk Bölgələr Fraksiyası yerinə “Şimal-Qərb Vilayətlər Fraksiyası”nın təsisi istiqamətində fəaliyyətlər var.

Təbriz millət vəkili Şəhabəddin Bimiqdar: İran Parlamentində “Türk” sözünə qarşı həssaslıqlar səbəbilə Türk Bölgələr Fraksiyası yerinə “Şimal-Qərb Vilayətlər Fraksiyası”nın təsisi istiqamətində fəaliyyətlər var.

O, bu ziddiyyətli açıqlamaları fraksiyanı təşkil edən millət vəkillərinin milli məsələyə dair baxışlarının fərqli olmasına bağlayır.

“Təbii ki, hakimiyyətin içində olan qüvvələrin də içində elə insanlar var ki, öz kimliyini türk olaraq bilir və eyni zamanda özünü İslam Respublikasında da bir siyasətçi olaraq görmək istəyir. Bunların da arasında bir ziddiyyət görmür. O cümlədən, Nadir Qazipur, ya Salmas şəhərinin keçmiş qubernatoru ki, Firdovsinin heykəlini şəhərin meydanından götürmüşdü… Yəni, belə insanlar vardır,” deyə o qeyd edir.

Babək Bəxtavərin işarə etdiyi olay, İran milliyyətçiliyinin önəmli simvollarından olan məşhur şair Firdovsinin heykəlinin keçən illərdə Salmas şəhərinin bir meydandan götürülməsi olayıdır. Firdovsinin heykəli daha sonra təkrar həmin meydana yerləşdirildi və yerli jurnalistlərin yazdığına görə, bu olay daha sonra Salmas quberbatorunun vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu.

Bəxtavər eyni zamanda Məsud Pezeşkiyan kimi bəzi siyasətçilərin milli məsələni çox mənimsəmədiklərini önə çəkir: “Məsud Pezeşkiyan üçün bunun adının Türk Fraksiyası, ya da Şimal-Qərb Vilayətlər Fraksiyası olması çox da önəmli olmaya bilər,” o əlavə edir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.