yeni xəbərlər

Şimali Koreya: ABŞ qarşı yeni silah işlədəcəyik-VİDEO

Sentyabr 11th, 2017 | by DAK.AZ
Şimali Koreya: ABŞ qarşı yeni silah işlədəcəyik-VİDEO
Video Xəbər
0

“ABŞ-ın ölkəmizə qarşı sanksiya və təzyiqlərinə mümkün olan ən sərt üsullarla, daha doğrusu nəhəng gücə malik termonüvə silahı ilə cavab veriləcək. Əgər bu siyasətindən əl çəkməzsə Birləşmiş Ştatlar yer üzündən silinəcək”.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, analoji bəyanatla Şimali Koreyanın Xarici İşlər Nazirliyi çıxış edib.

 

“Rəsmi Vaşinqtonun ölkəmizə münasibəti ən ağlasığmaz mərhələyə daxil olub və biz bu cür təzyiqlərə qarşı cavabsız qalmaq niyyətində deyilik” – deyə, nazirliyin rəsmi bəyanatında bildirilir.

 

Rəsmi Pxenyan həmçinin Vaşinqtonun BMT Təhlükəsizlik Şurasını da idarə etdiyini və qurumun qərarlarına təsir göstərdiyini də açıqlayıb.

 

Qeyd edək ki, ABŞ rəsmi Pxenyana qarşı yeni sanksiyalar məsələsini Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq.

Videonu bu linkdə izləyə bilərsiniz: http://apa.tv/video/42901

Şərh yeri

şərh

Share Button

Comments are closed.