yeni xəbərlər

Urmiya gölünün Şərəfxana limanı quruyub

Sentyabr 11th, 2017 | by DAK.AZ
Urmiya gölünün Şərəfxana limanı quruyub
Güney Azərbaycan
0

Urmu gölünün dərin və şimal tərəfində yerləşən böyük Şərəfxana limanının təmami ilə quruduğu bildirilir.

 

Limanın qurumasını sentyabrın 10-da çəkilmiş şəkillərdə də görmək mümkündür, hazırda Şərəfxana limanında saya oturmuş 3 gəmidən başqa heçnə qalmayıb.

 

Şərəfxana limanı Şərqi Azərbaycan Əyalətinin Şəbistər məntəqəsində yerləşir, onunla Təbriz şəhəri arasında 90 kilometr məsafə var.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təxminən 4 il yarım öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdir. Artıq ikinci dəfə prezident seçilərək rəsmən fəaliyyətə başlayan H.Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.