yeni xəbərlər

Xudafərində II Qaradağ şeir və musiqi gecəsi keçirilib

Sentyabr 11th, 2017 | by DAK.AZ
Xudafərində II Qaradağ şeir və musiqi gecəsi keçirilib
Ədəbiyyat
0

Güney Azərbaycanın sərhədyanı şəhəri Xudafərində 2-ci Qaradağ Şeir və Musiqi Gecəsi keçirilib.

 

Cümə günü keçirilən tədbirin əsas çıxışçısı Xudafərin Şəhər İcra Hakimiyyəti başçısı Əmin Əminyan olub. “Əhər, Vərziğan, Heris, Kəleybər, Culfa, Hurand və Xudafərin sənətkarlarının qatılımı ilə 2-ci Qaradağ Şeir və Musiqi Gecəsinin Ərəsbaranın cənnət məkanı Xudafərin şəhərində keçirilməsindən məmnunuq, bununla fəxr edirik”- deyə o çıxışının giriş hissəsində bəyan edib.

 

Bu arada qeyd etmək lazımdır ki, İran rejimi Qaradağ və Arazbar məntəqələrini birlikdə Ərəsbaran adlandırır. Bu ad təmami ilə uydurmadır, heç bir tarixi kökü yoxdur.

 

Qaradağ Şeir və Musiqi Gecəsinin gələn ildən daha keyfiyyətli və festival səviyyəsində keçirilməsini arzulayan Ə.Əminyan əlavə edib ki, “bu tədbir Qaradağ bölgəsinin əsil yerli mədəniyyətini qoruyub saxlamaq, əhalinin incəsənət və musiqiyə rəğbətini artırmaq, mədəniyyətin nəsildən nəsilə ötürülməsi və s. kimi məqsədlərə yönəlib.

 

“Tədbirin keçirilməsinə səbəb olan digər məsələ ictimaiyyətə sevinc bəxş etmək, onlara ümumi şənlik yaşatmaqdır. Biz həmçinin belə tədbirlərlə Xudafərinin turizm imkanlarını müəyyən qədər tanıtdıra bilərik”- deyə Şəhər İcra Hakimiyyəti başçısı bəyan edib.

 

Qeyd edək ki, Azərbaycanın şeir və musiqisi hər zaman İran  rejiminin ayrı-seçkilik siyasətinə məruz qalıb, bu kimi tədbirlərin əksəriyyəti rejimin ideolojik hədəflərinə xidmət edir.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.