yeni xəbərlər

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

Sentyabr 12th, 2017 | by DAK.AZ
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib
Siyasi
0

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının üzvləri ABŞ tərəfindən hazırlanan qətnaməni yekdilliklə dəstəkləyiblər.

 

Qərarla KXDR-dən tekstil mallar almaq qadağan edilir, qaz kondensatı tədarükünə embarqo qoyulur, həmçinin ölkəyə xam neftin idxalı məhdudlaşdırılır. Sənəddə KXDR ətrafında vəziyyətin sülh yolu ilə həllinin vacibliyi, Koreya yarımadasında vəziyyətin gərginləşməsinin regional təhlükəsizlik üçün əsas təhdid olduğu qeyd olunub.

 

Qeyd edək ki,  öncə rəsmi Vaşinqton həmçinin Şimali Koreyaya qarşı tam neft embarqosunun qoyulması, KXDR-in lideri Kim Çen İnin aktivlərinin dondurulmasını və onun xaricə səfərinin qadağan edilməsini təklif edirdi.

 

Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə  BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Qətnamə layihəsi üzrə müzakirələr bir həftə davam edib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.