yeni xəbərlər

Türkmənistandan Azərbaycana gələn bərədə terror aktının qarşısı alınıb, iki qardaş həbs olunub

Sentyabr 12th, 2017 | by DAK.AZ
Türkmənistandan Azərbaycana gələn bərədə terror aktının qarşısı alınıb, iki qardaş həbs olunub
Özət
0

Avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısı alınıb.

 

APA-nın “Türkmənistan xronikası” portalına istinadən verdiyi xəbərə görə, Türkmənistan vətəndaşı olan iki qardaş (ad və soyadları açıqlanmır) Türkmənbaşı-Bakı reysini yerinə yetirən “Bəxtiyar” adlı yük-sərnişin bərəsinə partlayıcı qurğu keçirməyə cəhd edib.

 

Bildirilir ki, qardaşlar müxtəlif yerlərə bilet alıb, partlayıcı qurğunu isə hissələr şəkilində ayrı-ayrılıqda keçirərək göyərtədə yığmağı planlaşdırıblar.

 

Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin, Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətin heyəti olub.

 

Qeyd edilir ki, xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbər tutub.

Şərh yeri

şərh

Share Button

Comments are closed.