yeni xəbərlər

Netanyahu: “İranla barışa bilərik”-VİDEO

Sentyabr 20th, 2017 | by DAK.AZ
Netanyahu: “İranla barışa bilərik”-VİDEO
Video Xəbər
0

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsi ilə İran arasında tarixi dostluğu yenidən bərpa etməyin mümkün olduğunu deyib.

 

APA TV-nin məlumatına görə, hökumət rəhbəri bunun üçün İranda mövcud rejimin dəyişməli olduğunu bildirib.

BMT tribunasından danışan Netanyahu nitqinin böyük bir hissəsini Tehranın nüvə proqramının tənqid etməyə ayırıb: “Bu təhlükəli sövdələşmənin müdafiəçiləri deyir ki, bu İranın bombaya yolunu kəsəcək. Bu adamlar Şimali Koreya barədə də belə deyirdi və nəticəni hamımız gördük. Əgər heç nə dəyişməsə İran məsələsində də belə olacaq”.
O bildirib ki, hətta nüvə razılaşması kimi jest belə Tehranı öz məkrli niyyətindən döndərməyəcək: “Xəbərdarlıq eləmişdim ki, sanksiyalar götürülsə İran özünü ac pələng kimi aparacaq. Rəsmi Tehran bu gün məhz belə edir”.

Netanyahu qeyd edib ki, İran İsrailin məhv edilməsi üçün çalışır və nə qədər ki, bu belə davam edəcək Tehran ölkəsi qədər qəzəbli düşmənlə üz-üzə qalmayacaq. “İrana istər yeraltı, istərsə də yerüstü hərbi bazalar yaratmağa imkan verməyəcəyik. Suriya və Livanda İran bizə qarşı istifadə etmək üçün öldürücü silahlar yaradır ki, buna da yol vermək olmaz. İran şimal sərhədlərimiz boyunca İsrailə qarşı yeni terrorçu cəbhələr yaradır və biz buna yol verməyəcəyik” – deyə, İsrailin baş naziri əlavə edib.  Videonu bu linkdə izləyə bilərsiniz: http://apa.tv/video/43164

Şərh yeri

şərh

Share Button

Comments are closed.