yeni xəbərlər

Polşa prezidenti: “Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir”

Sentyabr 20th, 2017 | by DAK.AZ
Polşa prezidenti: “Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir”
Qarabağ
0

“Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər”.

 

APA-nın “newsarmenian.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, – deyə o, söyləyib.

 

S. Sarkisyan da öz növbəsində bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və  Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.

Şərh yeri

şərh

Share Button

Comments are closed.